ABŞ prezidenti Donald Tramp Ukrayna və Fələstin-İsrail münaqişələrinin həllini təmin etmək üçün çox çalışır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.
“Prezident bacardığı qədər sürətlə hərəkət edir və İsrail və Qəzzadakı münaqişələrə, Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün iş vaxtından artıq işləyir”, – deyə o vurğulayıb.