Ağ Ev: Trampın istədiyi adamı işdən çıxarmaq səlahiyyəti varbackend

Ağ Ev: Trampın istədiyi adamı işdən çıxarmaq səlahiyyəti var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp hökumət başçısı kimi hökumət daxilində istədiyi şəxsi vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətinə malikdir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt Trampın ikinci dövrünün ilk mətbuat brifinqində gündəmə dair sualları cavablandırarkən deyib.

Livitt Trampın vəzifəyə gəldiyi ilk həftədə çoxlu sayda federal dövlət işçisini işdən çıxarmaq qərarı ilə bağlı suallara cavab verərək bunun Trampın səlahiyyətləri daxilində olduğunu deyib.

“O, idarəedici orqanın rəhbəridir və buna görə də orqan daxilində istədiyi hər kəsi vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malikdir”, – deyə Livitt bildirib.

O həmçinin prezidentin istəmədiyi adamla işləməyəcəyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 20-də vəzifəyə başlayan ABŞ prezidenti Tramp müxtəlif federal qurumlarda, xüsusilə Ədliyyə Nazirliyində çalışan bir çox insanı işdən çıxarıb.