Ağ Ev Trampın Konqresdəki çıxışının mövzularını açıqlayıbbackend

Ağ Ev Trampın Konqresdəki çıxışının mövzularını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Konqresə Ukraynadakı münaqişəyə son qoymaq planları barədə danışmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt Fox News telekanalında bildirib.

“O, xarici siyasətlə məşğul olacaq. O, Ukraynada müharibəyə son qoymaq niyyətindən danışacaq. O, Qəzzadakı bütün girovları evlərinə qaytarmaq planını açıqlayacaq”, – Ağ Ev sözçüsü bildirib.

Levitt əlavə edib ki, Tramp ABŞ-ın sərhəd təhlükəsizliyini gücləndirmək üçün əlavə maliyyəyə ehtiyac olduğunu da açıqlamağı planlaşdırır.

Martın 4-də Tramp ikinci prezidentlik müddətində ilk dəfə ABŞ Konqresinin hər iki palatasında çıxış edəcək. Bu, onun parlamentdəki beşinci çıxışı olacaq.