ABŞ prezidenti Donald Tramp hazırda Ukraynaya səfər etməyi planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
“Mənim Ukraynaya (Trampın – redaktorun qeydi) səfəri ilə bağlı paylaşa biləcəyim hər hansı planım yoxdur”, – deyə o vurğulayıb.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl CBS telekanalına müsahibəsində Amerika liderini ölkəyə səfərə dəvət etdiyini bildirib. Zelenski əlavə edib ki, Tramp Ukraynaya səfərindən sonra Rusiya prezidenti Vladimir Putinin “ölkəyə nə etdiyini” başa düşəcək.