Amerika rəsmiləri hesab edirlər ki, Kanadanın istefaya göndərilən baş naziri Castin Trüdo Vaşinqtonun “sadiq dostu” olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.
“Baş nazir olduğu on il ərzində Trüdo ABŞ-a sadiqliyini nümayiş etdirdi. “Yaxın müttəfiqlər, qonşular və G7-nin üzvləri olaraq biz ölkələrimizə və dünyaya təsir edən bir çox məsələlərdə birlikdə işləmişik”, – Jan-Pyer bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ yeni hökumətin seçilməsi prosesində Kanada xalqını dəstəkləyir.