Ağ Ev yalnız ABŞ və Britaniyanı nasizmin qalibləri adlandırdı – VİDEObackend

Ağ Ev yalnız ABŞ və Britaniyanı nasizmin qalibləri adlandırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin İnstaqram səhifəsində yalnız ABŞ və Böyük Britaniyanı nasizmin qalibləri adlandırıldığı video paylaşılıb.

NOCOMMENT.az bildirir ki, videoda Sovet İttifaqı və nasistlərin məğlubiyyətində onun rolundan bir kəlmə də bəhs olunmayıb.

“Amerikanın ruhu həmişə qələbə çalacaq. Sonda elə belə də olur”, – deyə kadrarxası səs videoya yekun vurub.

 

View this post on Instagram

 

A post shared by The White House (@whitehouse) on

Bir neçə gün öncə Pentaqon  İkinci Dünya müharibəsində Nasist Almaniyasının məğlubiyyətinin 75 illiyinə həsr olunmuş viktorina və təqdimat təqdim etmişdi. Münaqişənin Almaniya və SSRİ-nin Polşaya müdaxiləsi və ölkənin işğalı ilə başlandığını xatırlatmaqla yanaşı, Sovet İttifaqının faşizm üzərində qələbəyə verdiyi töhfələr barədə heç nə deyilməmiş, ancaq Normandiyadan başlayaraq ABŞ-ın Avropadakı müharibədə rolu haqqında qısa məlumat verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Pentaqonun yayımını yalan və riyakarlıq adlandırmış və Birləşmiş Ştatları siyasi məqsədləri naminə tarixi təhrif etməyə çalışmaqda günahlandırmışdı.