Ağ Evdə qısamüddətli təhlükəsizlik siqnalı elan edilib.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı Ağ Evin həyətində canlı bağlantı edən jurnalistlər brifinq otağına yönləndirilib.
Eyni zamanda bəzi təhlükəsizlik əməkdaşlarının Ağ Evin həyətində əlavə mühafizə tədbirləri gördüyü müşahidə olunub.
Qısa müddət sonra təhlükəsizlik həyəcanı aradan qaldırılıb. Hadisənin səbəbi ilə bağlı isə Ağ Ev tərəfindən hələlik rəsmi açıqlama verilməyib./Qafqazinfo/










