Ağ Evdə narkotik QALMAQALIbackend

Ağ Evdə narkotik QALMAQALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Məxfi Xidmətin Ağ Evdə iki dəfə narkotik tapdığı iddia edilib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə “Fox News” məlumat yayıb.

Agentliyin xəbərinə görə, Məxfi Xidmət sözçüsü bildirib ki, 2022-ci ildə Ağ Evdə iki dəfə, iyun və sentyabr aylarında az miqdarda marixuana tapılıb.

Ağ Evdə tapılan marixuananın miqdarının Vaşinqtonda qanuni tənzimləmələrdən aşağı olduğu üçün hadisə ilə bağlı heç kimin həbs olunmadığını qeyd edən sözçü, tapılan narkotiklərin toplanaraq məhv edildiyini bildirib.

Vaşinqtonda 0,2 unsiyadan (5,6 qram) az marixuanaya sahib olmaq cinayət sayılmasa da, Ağ Ev də daxil olmaqla federal ictimai binalarda narkotik saxlamağa icazə verilmir.