ABŞ-ın tanınmış xəbər agentliyi “Associated Press” (AP) Ağ Ev rəsmilərini məhkəməyə verib.
NOCOMMENT.az xəbər verir ki, Vaşinqton Kolumbiya dairəsi məhkəməsinə təqdim olunan iddiada AP, Ağ Evin söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qeyri-konstitusion adlandırıb.
Agentlik xüsusilə Meksika körfəzinə “Amerika körfəzi” adının verilməsi tələbinə etiraz etdiyinə görə Trampa çıxışının məhdudlaşdırıldığını iddia edib.
Bu hadisə ABŞ mediasında böyük rezonans doğurub.\\Musavat.com