Ağ Evdən F-16-ların Türkiyəyə satışına dəstəkbackend

Ağ Evdən F-16-ların Türkiyəyə satışına dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını dəstəklədiyini bir daha bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evdə təşkil etdiyi mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezident Co Bayden arasındakı telefon danışığını qiymətləndirib.

Kirbi iki lider arasındakı görüşdə Qəzzadakı son vəziyyət və İsrail-Fələstin məsələsini müzakirə etdiklərini, həmçinin İsveçin NATO-ya, üzvlük prosesini də müzakirə etdiklərini bildirib.

ABŞ-dan Türkiyəyə F-16 Satışa münasibət bildirən Kirbi, “F-16 modernləşdirmə proqramını (Türkiyə üçün) dəstəkləməyə davam edirik” deyib.