Ağ Evdən Pekinə KRİTİK ZƏNGbackend

Ağ Evdən Pekinə KRİTİK ZƏNG

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpinin iki saatdan çox davam edən telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.

“Ağ Ev rəsmisinin sözlərinə görə, bu söhbət Tayvanla bağlı gərginliyin artmasına baxmayaraq, münasibətlərin sabitliyini qorumaq məqsədi daşıyır”, – Bloomberg yazır.

İki lider arasında söhbət Bakı vaxtı ilə saat 16:33-də başlayıb və 18:50-də başa çatıb, iki saatdan çox davam edib. Bu, liderlər arasında martın 18-dən bəri ilk ünsiyyətdir.

Strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi bildirib ki, söhbət zamanı Ukrayna ətrafındakı gərginliyə və Hind-Sakit okean regionunda vəziyyətə toxunulub.

Baydenin özü ötən həftə, iyulun 21- də çinli həmkarı ilə telefon danışığı etmək niyyətində olduğunu açıqlamışdı.

Publika.az