Ağabəy Əsgərov: İt damı olsa, onu da icarəyə verəcəm ki, pul qazanım – VİDEObackend

Ağabəy Əsgərov: İt damı olsa, onu da icarəyə verəcəm ki, pul qazanım – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, Azərbaycan nəşriyyatı ilə bağlı mövzu gündəmə gəlib. Bir vaxtlar gənc şair, yazar və jurnalistlərdən tutmuş bütün yaradıcı insanların həvəslə üz tutduğu məkan nəşriyyat idi. İndi isə orada jurnalistika cameəsi ilə canlı olaraq qarşılaşmaq mümkün deyil.

NOCOMMENT xəbər verir ki, Real TV nəşriyyatın indiki durumu haqqında reportaj hazırlayıb.

Azərbaycan Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov qısa müsahibə verib.

“Burada it damı olsa, onu da icarəyə verəcəm ki, pul qazanım. Nəşriyyat binası ətrafında kirayə verilən yerlərin sahibləri vaxtı-vaxtında çox səliqəli şəkildə yer pulunu, kommunal pulunu verirlər. Biz də faktiki olaraq onların hesabına bu dəhşətli binanı saxlaya bilirik. Bazar iqtisadiyyatıdır. O insanların nə zərəri var ki? Taxta, dəmir, şüşə sexidir, işləyir də…

Qonaqlar gələndə də bu binaya gəlirlər, həyətə yox. Buranı saxlamaq üçün pulu mənə qonaq verir?”