“Ağacı tam yeyib qurtardı, indi də bizi yeməyə keçib” – Qurdlardan bezən Əmircan sakinləri – VİDEObackend

“Ağacı tam yeyib qurtardı, indi də bizi yeməyə keçib” – Qurdlardan bezən Əmircan sakinləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağacların yarpağından binanların divarına, eyvanlardan mənzillərə, blokların giriş qapısınadək hər yeri qurd basıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsi Malik Mustafayev ünvanındandır.

Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Sakinlər iddia edir ki, yayılan zərərvericilər əsasən yaşıllıq olan həyətlərdə görünür və ağacların yarpaqlarını yerərək onları məhv edir

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Əlixan Əliyev “Xəzə Xəbər”ə müsahibəsində qeyd edib ki, adətən, tut ağaclarında olan bu cür qurdlar ölkə ərazisinə son dövlərdə daha çox yayılsa da tarixi 30 il əvvələ təsədüf edir. Bu canlılar təbiətdə sərçələrin azalması səbəbindən çoxalır və tut ağaclarının yarpaqlarını yediyi üçün tut yastıcaları adlanır.

Qəsəbə nümayəndəliyi bunla bağlı müvafiq qurumlara müraciət edib.