Ağacları kəsən şəxs cəzalandırıldıbackend

Ağacları kəsən şəxs cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 6 ağacın kəsildiyini müəyyən edib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov NOCOMMENT.az-a bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib.