Ağakərimin vəziyyəti necədir?backend

Ağakərimin vəziyyəti necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, meyxanaçı Ağakərim (Kərim Novruzov) uzun müddətdir yataq xəstəsidir.

NOCOMMENT.az bildirir ki,İfaçının oğlu Kamil Kərimoğlu axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, müalicə evdə davam edir:

“Vəziyyəti stabildir. Heç bir irəliləyiş yoxdur. Həkimlər gəlib evdə müayinə edir, lazım olan dərmanı yazırlar. Nə yaxşıdır, nə də pis. Elə bir xəstəlikdir ki, əvvəlində sağalma ehtimalı bir az var idisə, indi heç ümid yoxdur.

Özünə qapanıb, sual verəndə cavablandırır. Az danışır. Deyirik, necəsən? Cavab verir ki, yaxşıyam, acam, ya da nəsə istəyir. Ailəmizdə hamını tanıyır, amma kimsə ziyarətə gələndə tanımır. İzah edirik ki, filankəsdi, onda yadına düşür”.

Kərim meyxanaçıların tez-tez zəng vurub atasının durumu ilə maraqlandığını da bildirib.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.