Ağcabədidə 7 yaşlı bacısı oğlunu ağacla döyüb öldürən çobana ağır cəza verilibbackend

Ağcabədidə 7 yaşlı bacısı oğlunu ağacla döyüb öldürən çobana ağır cəza verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə azyaşlı bacısı oğlunu öldürməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib.

Fermada çoban işləyən 39 yaşlı Natiq Babayev otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.