Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıbbackend

Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilir ki, baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.\\“Unikal”

  • Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOLAR
  • Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOLAR

Buna da baxın

Toxumlarını əzib… – Damar tutulmasına qarşı möcüzəbackend
Maraqlı
Toxumlarını əzib… – Damar tutulmasına qarşı möcüzə