Ağcabədi rayonunda dəhşətli ailə zorakılığı baş verib.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, 34 yaşlı Günel Bayramova keçmiş həyat yoldaşı Xalid Bayramov tərəfindən 5 yaşlı övladının gözü qarşısında vəhşicəsinə döyülüb. X.Bayramov onun başını dəfələrlə divara çırpıb. Qadın üzü və gözü göyərib.
Hadisəni törədən şəxs bununla kifayətlənməyərək keçmiş qayınanasını da döyüb.
Vəziyyəti ağır olan Günel Bayramova xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Xalid Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.