Ağcabədidə intiharın qarşısı alınıbbackend

Ağcabədidə intiharın qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara cəhd edib.

Hadisəyə şahid olan kənd sakinləri bu barədə FHN-nin Qarabağ Regional Mərkəzinə xəbər verib. Hadisə yerinə gələn xilasedicilər T.Savalanovu intihar etməsinin qarşısını alıblar. T.Savalanov ilkin ifadəsində elektrik enerjisinin kəsildiyi üçün intihar etmək istədiyini deyib.

Faktla bağlı araşdırma başlanıb.