Ağcabədidə işlədiyi evdən qızıl oğurlayan şəxs saxlanılıbbackend

Ağcabədidə işlədiyi evdən qızıl oğurlayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi Rayon Polis Şöbəsinə evlərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Pravda.az-a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin evdə işləyən rayon sakini T.Hüseynova saxlanılıb. Onun evdən 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən olunub. T.Hüseynova qızılları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.