Ağcabədidə kişi arvadını bıçaqlayıbbackend

Ağcabədidə kişi arvadını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda kişi arvadını bıçaqlayıb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdyi məlumata görə, hadisə oktyabrın 2-də rayon ərazisində yerləşən “Bakı” çay evinin qarşısında qeydə alınıb.

Belə ki, Qənbərov Şükür Eldəniz oğlu ilə qeyri-rəsmi nikah münasibətlərində olduğu Laçın rayon sakini, 1997-ci il təvəllüdlü İbrahimova Sücayət Məcid qızının qısqanclıq zəminində aralarında münaqişə yaranıb. Daha sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurm) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.