Ağcaqanadlar koronavirus ötürücüsü ola bilərmi?backend

Ağcaqanadlar koronavirus ötürücüsü ola bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcaqanad vasitəsilə koronavirus infeksiyasının yaılması əsassızdır. Ağcaqanadlar infeksiyasını üzərlərində daşımır.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, bu fikirləri Yunanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi professor Sotiris Tsiodras koronavirusla bağlı keçirilən brifinqdə bildirib.

“Virus ağcaqanadlar tərəfindən ötürülmür, xüsusən ilk dalğadan sağ çıxan ölkələrdən belə bir məlumat əldə etməmişik. Bu müsbət bir haldır. İkincisi isə ümid edirik ki, yay şəraiti, temperatur və rütubət koronavirusun ötürülməsinin məhdudlaşdırılmasında rol oynayacaq” professor bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada 3,5 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 243 mindən çox insan dünyasını dəyişib.