Ağdam: Ruhlar şəhəri – FOTOSESSİYAbackend

Ağdam: Ruhlar şəhəri – FOTOSESSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçiləri Dağlıq Qarabağda atəşkəs bəyanatına əsasən, respublikaya təhvil verilən Ağdam rayonuna daxil olublar. Bu ərazidə tərk edilmiş ən böyük şəhərlərdən biri yerləşir.

NOCOMMENT “Ağdamın hekayəsi” adlı RİA Novosti-nin fotoreportajını təqdim edir.

Ağdam
Nə vaxtsa tarixi abidələri ilə məşhur olan canlı bir şəhər idi
Ağdam
İndi Xankəndidən 26 kilometr və Bakıdan isə 365 kilometr uzaqlıqda yerləşən Ağdam boş qalıb
Ağdam
1990-cı illərdə Qarabağ müharibəsində şəhər şiddətli döyüşlər meydanına çevrilmişdi
Ağdam
Ağdam demək olar ki, tamamilə məhv edilmişdi
Ağdam
Bəzi binalar tam dağılmayıb. Bunlardan biri də 19-cu əsrin ikinci yarısında tikilən Cümə məscididir
Ağdam
Ağdamdakı Cümə məscidi
Ağdam
Müharibədən əvvəl şəhərdə fabrik və zavodlar, dəmir yolu stansiyası, tibb, musiqi və kənd təsərrüfatı üzrə texniki peşə məktəbləri və teatr fəaliyyət göstərirdi
Ağdam
Ağdamın görməli yerlərindən biri də Çörək Muzeyi idi. Burada qədim eksponatlar: qiymətli əlyazmalar, qədim alətlər, nadir taxıl növləri saxlanılırdı
Ağdam
Əsrin əvvəllərində “Lonely Planet” jurnalı Ağdama “Qafqazın Xirosiması” adını vermişdi
Ağdam
Elə həmin vaxtlardan da Ağdama “Ruhlar şəhəri” deyilməyə başladı
Ağdam
Şəhərin dağılmış hissəsinin daha bir mənzərəsi