Ağdam sakini minaya düşərək həlak oldu – RƏSMİbackend

Ağdam sakini minaya düşərək həlak oldu – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayon sakini minaya düşərək həlak olub.

DİN Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, hadisə saat 17 radələrində rayonun Təzəkənk kəndi ərazisində baş verib.

Kənd sakini, 41 yaşlı Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Təzəkənd kəndi Vətən Müharibəsi dövründə azad edilən ərazilərə daxil deyil. Bu kənddə daha əvvəl də yaşayış olub.