Ağdam şəhəri minalardan tam təmizləndibackend

Ağdam şəhəri minalardan tam təmizləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib.

NOCOMMENT trend-ə istinadla xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir: “Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir”.

Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3 500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.