Ağdam üçün 10 milyonluq tenderbackend

Ağdam üçün 10 milyonluq tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən Ağdam şəhərində yeni yaşayış massivinin tikintisi üzrə növbəti layihənin icrasına hazırlıq görülür.

Qurum tərəfindən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlı elan verilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 10.043.741,00 manat olaraq müəyyən edilib.

Bu layihə çərçivəsində məhəllədə müasir standartlara cavab verən çoxmənzilli yaşayış binalarının inşası planlaşdırılır. Tikinti işləri yalnız yaşayış obyektlərini deyil, eyni zamanda ətraf infrastrukturun – yolların, yaşıllıq zolaqlarının, ictimai xidmət sahələrinin qurulmasını da əhatə edəcək.