Ağdamda 39 yaşlı kişinin müəmmalı ölümübackend

Ağdamda 39 yaşlı kişinin müəmmalı ölümü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdamda 39 yaşlı kişi vəfat edib.
NOCOMMENT.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, rayonun 1986-cı il təvəllüdlü Şurabad kənd sakini Əsədov Murad Oruc oğlunun səhhəti pisləşib.
M.Əsədov yaxınları tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Yaxınlarının verdiyi məlumata görə, 2-3 gün əvvəldən M.Əsədov göbələk yeyəndən sonra onda ağrılar başlayıb. Daha sonra görməsi pisləşib və ayaqlarında problem yaranıb.
Faktla bağlı araşdırma aparılır.