Ağdamda dağıdılan evlər bərpa edildi – FOTObackend

Ağdamda dağıdılan evlər bərpa edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistanın bombardmanı nəticəsində Ağdamda ümumilikdə 1560 mülki obyektə ziyan dəyib.

NOCOMMENT.az Trend-ə istinadən xəbər verir ki, ötən dövr ərzində 20 dağıdılmış fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, 8 evin tikintisi davam edir.

Dağıdılmış 5 qeyri-yaşayış obyektinin inşası aparılır. 1000-ə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Digərlərində isə işlər sürətlə davam edir.

Bu gün Ağdam rayonunun Xındırıstan kəndində tam bərpa edilən yeni və müasir evlər sahiblərinə təhvil verilib.

Kənd sakinləri Azərbaycan dövlətinin onlara göstərdiyi bu diqqət və qayğıdan xüsusi məmnunluqlarını bildiriblər. Sakinlər qeyd ediblər ki, istər müharibə zamanı, istərsə də sonrakı dövrdə daim dövlətin qayğısını hiss ediblər.