Ağdamda döyüş sursatları aşkarlandı – Videobackend

Ağdamda döyüş sursatları aşkarlandı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlifçaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.