Ağdamda ekskavator yol tikintisi zamanı minaya düşüb: xəsarət alan varbackend

Ağdamda ekskavator yol tikintisi zamanı minaya düşüb: xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunda yol tikintisi zamanı mina partlayışı olub.

NOCOMMENT xəbər verir ki, hadisə Xaçınçay ərazisində baş verib.

Ekskavatorun tank əleyhinə minaya düşməsi nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Z.Ağayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.