Ağdamda FHN üçün 3,5 milyon manata bina tikiləcəkbackend

Ağdamda FHN üçün 3,5 milyon manata bina tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün bina inşa olunacaq.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Nazirlik tikinti işlərini “Litosfer” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və şirkətlə müqavilə bağlayıb.

Şirkət tikinti işlərini 3 553 028,24 manata icra edəcək.

Xatırladaq ki, Ağdərə rayonunun Talış kəndində də 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin binasının tikintisi nəzərdə tutulub.