Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün bina inşa olunacaq.
NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.
Nazirlik tikinti işlərini “Litosfer” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və şirkətlə müqavilə bağlayıb.
Şirkət tikinti işlərini 3 553 028,24 manata icra edəcək.
Xatırladaq ki, Ağdərə rayonunun Talış kəndində də 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin binasının tikintisi nəzərdə tutulub.