Ağdamda itkin düşən 43 yaşlı kişinin axtarışları davam edirbackend

Ağdamda itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda 4 gündür itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir.

NOCOMMENT xəbər verir ki, itkin düşən Cəsarət Hətəmxanovun atası Səyyaf Hətəmxanovun apa-ya açıqlamasına görə, yoxa çıxdığı gün Ağdamın işğaldan azad olunan ərazilərindən şəkil göndərən oğlunun axtarışına ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub. Onun sözlərinə görə, Cəsarət Hətəmxanovun tkin düşdüyü ehtimal olunan yerlərdə dronla axtarış aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 4 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.

C.Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyafa Hətəmxanova məxsus (050) 302 3563 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.