Ağdamda məktəbli qız qaçırıldıbackend

Ağdamda məktəbli qız qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdamda məktəbli qız qaçırılıb.
NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.
Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.
Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.
Ailənin müraciətindən sonra Ağdam RPŞ-nın əməkdaşlarının həyata keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri ilə qızın qaçırıldığı ünvan və onu qaçıranın şəxsiyyəti müəyyənləşdirilib.
Daha sonra polis əməkdaşları məktəblini yaşdığı evə gətirərək ailəsinə təhvil veriblər.
Məktəbli qız istintaqa ilkin ifadəsində bildirib ki, o, öz istəyi ilə sevdiyi oğlanla birlikdə qaçıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.