Ağdamda minaya düşən rəis barədə RƏSMİ AÇIQLAMAbackend

Ağdamda minaya düşən rəis barədə RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzizzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə NOCOMMENT-ə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.