Ağdamda qadın öldürülüb, əri barədə cinayət işi açılıbbackend

Ağdamda qadın öldürülüb, əri barədə cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda qadın öldürülüb, əri barədə cinayət işi açılıb.

Ağdam Rayon Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, dekabrın 21-də gecə saat 3 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.