Ağdamda şəhidlərimizin məzarları TAPILDIbackend

Ağdamda şəhidlərimizin məzarları TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

O bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb: “Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində, şəkildə göründüyü kimi, belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun!

Hər üçü 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub və kənd qəbiristanlığında dəfn olunub”.

Rey Kərimoğlu qeyd edib ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var: “Kənd Ağdamın işğalından 7-10 gün əvvəl, 1993-cü ilin iyul ayında işğal edilib. 2022-ci ilin noyabr ayında 44 günlük müharibə nəticəsində Ağdam rayonu düşməndan azad olunanda Şıxbabalı kəndi də azad edilib”.