Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq? – AÇIQLAMAbackend

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün Ağdam rayonu ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

Hazırda isə son antiterror tədbirlərindən sonra Qarabağda nə Ermənistan silahlı qüvvələrinin birlikləri, nə də terrorçular var. Bütün Qarabağ ərazisinə dövlət qurumlarımız nəzarət edir.

Bu baxımdan, artıq Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə ehtiyac varmı?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi ki, bu gün Qarabağda artıq sülh yaranıb.

Onun sözlərinə görə, Azərbaycan ərazisində heç bir qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələr, konflikt, müharibə yoxdur:

“Ona görə də artıq bəzi qurumların Azərbaycan ərazisində fəaliyyət göstərməsinə lüzum yoxdur. Təbii ki, bu gün Azərbaycanın öz ordusu, öz silahlı birləşmələri, sərhəd qoşunları və yaxud da ki, hüquq-mühafizə orqanları həmin ərazilərdə fəaliyyət göstərəcək.

Təhlükəsizliyimizi özümüz təmin edə bilərik. Ona görə gələcəkdə belə başa düşürəm ki, bu məsələlərə baxılacaq, qərar qəbul olunacaq”.