Ağdamı Xirosimaya bənzədirikbackend

Ağdamı Xirosimaya bənzədirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad olunan ərazilərdə dağıntıların olacağını gözləyirdim, amma bu qədər acınacaqlı vəziyyətin olacağını gözləmirdim. Biz Ağdamı Qafqazda Xirosimaya bənzədirik”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Qarabağın Ermənistanın 30 il işğalı altında olması əbəs yerə gedən dövrdür: “Gəlin Qafqaz regionunu tamamilə dəyişdirək. Biz regionun çiçəklənməsinə nail olsaq, bundan hamı faydalana bilər. Biz öz rolumuzu oynamağa hazırıq”.