Ağdamın Kəngərli kəndində çəkilən görüntünün REALLIĞI – VİDEObackend

Ağdamın Kəngərli kəndində çəkilən görüntünün REALLIĞI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Divara bitişik yandırılan manqal izolyasiya üçün nəzərdə tutulan materialı deformasiya edib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə Ağdam rayonunun Kəngərli kəndində məskunlaşan bir sakinin paylaşdığı görüntülər müzakirələrə səbəb olub. Həmin görüntülərdə guya yaşayış evlərinin fasadında yanğına səbəb ola biləcək materiallardan istifadə edildiyi iddia olunur.

Məsələ ilə bağlı əməkdaşlarımız Kəngərli kəndində olub, yayılan iddiaları yerində araşdırıblar. Görüntüləri paylaşan şəxsin evdə olmadığı bildirilsə dəi  Ev sahibinin atası Vəli Rüstəmov  yaşayış şəraitindən narazılıqlarının olmadığını qeyd edib.

Hadisənin baş verdiyi əraziyə baxış zamanı isə məlum olub ki, yanğın evin fasad örtüyündən deyil, divara bitişik şəkildə yandırılan manqaldan yayılıb. Ərazidə plastik əşyaların və taxta materialların yanaraq zərər gördüyü müşahidə olunub.

Daha sonra isə kənd boyunca sakinlərlə həmsöhbət olduq. Yaşadıqları evlərində onlar üçün yaradılan şəraitlə maraqlandıq.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ‘video yayılan kimi, dərhal həmin ev nəzarətə götürülüb və araşdırmalara başlanıb.

Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyevin sözlərinə görə, fasaddakı üzlüyün tez yanması iddiası əsassızdır.

Rəis müavini onu da əlavə etdi ki, bu material alova davamlı olduğu üçün yanmayıb, sadəcə yüksək temperaturdan əriyib. İctimaiyyət yalnız rəsmi mənbələrə inanmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.