Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş veribbackend

Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın qərb bürosunun məlumata görə, rayonun Quzanlı qəsəbəsində qeydə alınan hadisə zamanı yük maşını minik maşını ilə toqquşub.

Hadisə zamanı idarəetmədən çıxan kamaz yol kənarındakı kafenin həyətinə çırpılaraq aşıb. 

Hadisə zamanı yük maşınının sürücüsü xəsarət alıb. Yaralı Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.