Ağdaşda azyaşlı kanalda boğulubbackend

Ağdaşda azyaşlı kanalda boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.