Ağdaşda İNSİDENT – Xəsarət alan varbackend

Ağdaşda İNSİDENT – Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda sakinlər arasında insident baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, hadisə Pirkəkə kəndində qeydə alınıb.

Vəkil deyib ki, davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.