Ağdərə və Xocavənd ərazilərində üzbəüz silahlı erməni postları ləğv ediləcək – AÇIQLAMAbackend

Ağdərə və Xocavənd ərazilərində üzbəüz silahlı erməni postları ləğv ediləcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

R.T.Ərdoğanın Azərbaycana səfərindən sonra erməni terrorçularına qarşı anti-terror əməliyyatlara başlanması zəruridir.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Azərbaycan Rusiyanın məsuliyyət zonasından erməni silahlı birləşmələrinin çıxarılmasını bir neçə ayadan sonra konkret şəkildə tələb edə bilər:

“Çünki, onların Qarabağda varlığı üç tərəfli birgə Bəyannamənin bəndlərinin yerinə yetirilməsinə mane olur. Həmçinin vəziyyəti gərginləşdirir. Türkiyə prezidentinin Azərbaycana səfərindən sonra, həmçinin NATO zirvə görüşü və C. Bayden V. Putin danışıqlarından sonra Rusiyaya qarşı Qərb növbəti hərəkətə keçəcək. Bundan sonra Rusiyanın Türkiyəyə daha da ehtiyacı olacaq. Azərbaycan bu əlverişli situasiyadan istifadə edərək silahlı erməni birləşmələrin ləğvini tələb edəcək. Əgər, buna gedilməsə Azərbaycan erməni silahlı birləşmələrinə qarşı əməliyyata başlaması mümkündür.

Qarabağda silahlı erməni birləşmələrinin varlığı buradakı separatçıların status məsələsini qabardır. Ona görə də Azərbaycan bu məsələyə son qoyacaq. Ağdərə, Xocavənd ərazilərdə üzbəüz silahlı erməni postları ləğv ediləcək”.

“Qeyd edim ki, Araik Arutyunyanla N.Paşinyan düşmən mövqeyə gəliblər. Paşinyan Qarabağdakı silahlıların Ermənistanda dövlət çevrilişinə cəhd etməsindən narahatdır. O da bu silahlı birləşmələrin ləğvində maraqlıdır. Ermənistanda bu hərbi birləşmələri Koçaryanın silahlı dəstəsi kimi qəbul edirlər. Koçaryan və Sarkisyan məhz Qarabağdakı silahlı erməni birləşmələrinin əli ilə Ermənistanda çevrilişə cəhd edə bilər. Məhz Sarkisyanla eyni blokda olan və Paşinyanın əsas əleydarı Artur Vanatesyan Xankəndiyə gəlib. Bu, onu göstərir ki, R.Koçaryan və S.Sarkisyan iz azdıqmaq üçün A.Vanatesyanı Xankəndiyə göndəriblər. Azərbaycan öz ərazisindən olan silahlı erməni birləşmələrinin ləğvinə nail olmalıdır ki, Ermənistanda Koçaryan və Sarkisyan kimi odiozlar yenidən siyasi hakimiyyətə gələ bilməsin”, – deyə M.Əsədullazadə fikirini tamamlayıb.
Yenisabah