Ağdərə, Xocalı, Xankəndidə itkin azərbaycanlılar qul kimi işlədilir – YENİ FAKTLARbackend

Ağdərə, Xocalı, Xankəndidə itkin azərbaycanlılar qul kimi işlədilir – YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının ekoloji monitorinqə icazə verməməsinin səbəbləri

1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində minlərlə azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürüldü.

Rəsmi mənbələrin məlumatına görə, I Qarabağ müharibəsi zamanı əsir, girov və itkin düşən 4000-ə qədər azərbaycanlıdan bu günə kimi xəbər yoxdur. Qeyri-rəsmi məlumatlarda bu rəqəmin daha çox olduğu vurğulanır.

Əsir və girov azərbaycanlılar ac, ayaqyalın şəklidə işlədilib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müvafiq hesabatlarında rəsmi olaraq 3890 nəfərin itkin düşdüyü, onlardan 3623 nəfərinin kişi, 267 nəfərin isə qadın olduğu, o cümlədən itkin düşənlərin 3171-nin hərbçi, 719 nəfərinin isə mülki şəxs olduğu öz əksini tapıb. İtkin düşən mülki şəxslərin 71-i uşaq, 267-si qadın, 326-sı isə qoca olub.

Komissiya tərəfindən itkin düşməsi qeydiyyata alınan şəxslərdən yalnız 872 nəfərinin əsir-girov götürülməsi barədə məlumat mövcuddur ki, 774-ü kişi, 98-i isə qadındır, o cümlədən 605 hərbçi 267 mülki şəxs əsir düşüb və ya girov götürülüb. 267 mülki şəxsdən 29-u uşaq, 98-i qadın, 112-si isə qocadır.

Göründüyü kimi, 3890 nəfərdən sadəcə 872-si haqqında məlumat mövcuddur.

Bəs itkin düşən digər şəxslərin taleyi necə olub? Ehtimal etmək olar ki, onlardan bir qismi müharibə zamanı həlak olub, cəsədlərinin qalıqları tapılmayıb.

Erməni xislətinə əsaslansaq, onların girov və əsirliyiində olan azərbaycanlılar uzun illər işgəncələrə məruz qalıb, təhqir olunub və qul kimi işləməyə məcbur ediliblər. Beynəlxalq hüquqa, Ermənistanın da tərəfdar çıxdığı konvensiyalara və digər normativ-hüquqi aktlara zidd olmasına baxmayaraq, əsirlikdəki Azərbaycan vətəndaşlarının əməyinin istismar olunması, onların dəhşətli şərtlər altında işlədilməsi və ac-susuz, biabırçı vəziyyətdə saxlanılması ilə bağlı xeyli faktlar var.

Statistik məlumatlardan da aydın olduğu kimi, əsir düşən və girov götürülən şəxslərin içində qadınlar, uşaqlar, qocalar olsa da, burada çoxluğu kişilər təşkil edir.

Girovluqdan qaçıb canını qurtara bilən azərbaycanlılar hansı mərhumiyyətlərlə üz-üzə qaldıqlarını, ac, paltarsız işlədiklərini dəfələrlə bildiriblər. Bir az da konkretləşdirsək, ermənilər əsir və girov götürdükləri azərbaycanlıları quldarlıq dövrünün zülmlərini verərək işlədirlər.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşan II Qarabağ müharibəsindən sonra yenidən gündəmə gələn itkin azərbaycanlıların kütləvi dəfn olunduğu ərazilərin dəqiq yerlərinin Azərbaycan tərəfinə təqdim edilməsi məsələsindən ermənilərin yayınması, onların bu mövzuda yeni və daha çox faktların üzə çıxmasından qorxduğunu nümayiş etdirir.

Zod qızıl mədənində zəncirlənmiş azərbaycanlılar

Məlumatlara görə, xüsusən, Azərbaycan Konstitusiyasında təsbit edildiyi kimi, Azərbaycan xalqına məxsus olan təbii sərvətlərin və faydalı qazıntıların yerləşdiyi müxtəlif yataqların, mədənlərin qanunsuz istismarı və talanması zamanı azərbaycanlı əsirlərin əməyindən istifadə edilməsi işğal dövründə geniş yayılmış praktikaya olub.

Hələ 2017-ci ildə bu məsələ ilə bağlı bəzi faktlar üzə çıxmışdı. Bu barədə Türkiyənin Uydurma Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) məlumat yaymışdı.

Belə ki, işğal altındakı Azərbaycan ərazilərinə – Qarabağa gedən Gürcüstan və İran vətəndaşları Zod qızıl yataqlarının yaxınlığında Kəlbəcər rayonu ərazisində əsirlərin saxlanıldığı düşərgəyə rast gəliblər.

Onlar mədənlərdə qul kimi işlədilən, antisanitar şəraitdə saxlanılan və yarıac vəziyyətdə yaşamağa məcbur edilən çoxlu insanlar görüblər. Dəmir məftillərlə çərçivələnmiş ərazidəki insanların kim olduğunu soruşanda yaxınlıqdakı ermənilər onların I Qarabağ müharibəsi vaxtı əsir düşən azərbaycanlılar olduğunu deyiblər.

Bundan başqa, 1999-cu ildə Türkiyə-Ermənistan sərhədi yaxınlığında yerləşən İğdır şəhərinin qaçaqmalçılığa görə Ermənistanda 3 il həbs həyatı yaşamış, sonradan vətəninə qayıtmış sakini də həbsxanaya zəncirlənmiş azərbaycanlı əsirlərin gətirildiyini gördüyünü bildirmişdi.

Erməni deputatdan etiraf: azərbaycanlıları qul kimi işlədirik

Bu yaxınlarda ölən Ermənistan müdafiə nazirinin sabiq müavini, qondarma qurumun “parlamentinin deputatı” olmuş Manvel Qriqoryan da müsahibələrində azərbaycanlı əsirləri şəxsi təsərrüfatında nökər kimi işlətdiyini, evində xidmətçi kimi saxladığını və azərbaycanlı əsirlərin əməyindən Qarabağda müxtəlif istehsal müəssisələrində geniş istifadə olunduğunu etiraf etmişdi.

Bütün bunlar itkin düşmüş azərbaycanlılarla bağlı sonradan ortaya çıxan faktlardan sadəcə bəziləridir. İctimaiyyətə məlum olmayan, yüzlərlə belə faktların olduğu – insan talelərinin erməni faşizmi tərəfindən puç edildiyi acı həqiqətdir.

Təsadüfi deyil ki, fevral və oktyabr aylarında Xocavənd rayonunun Edilli kəndində aşkar olunan 2 kütləvi məzarlıq, eləcə də digər ərazilərdə tapılan kütləvi azərbaycanlı məzarlıqlarında zorakılıq əlamətləri olan cəsəd qalıqları aşkar edilmişdi. İşğalçılar əsir düşən azərbaycanlılara işgəncə verib, təhqir edib, orqan mafiyasına satıb, əməyini istismar edib, sonra isə vəhşicəsinə öldürüb və izi itirmək üçün basdırıblar.

İşğal dövründə azərbaycanlı əsirləri işlədənlər və onları himayə edən Rusiya sülhməramlıları bu gün İsveçrə şirkətləri tərəfindən istismar olunan Ağdərədəki qızıl yataqlarının ekoloji monitorinqinə niyə imkan vermək istəmirlər?

Ermənistan yenə növbəti faktların üzə çıxacağından ehtiyat edir.

Hələ sovet dövründən istismara verilən və müəyyən qədər də şəraiti olan Zod qızıl yatağında azərbaycanlı girovlar qul kimi işlədilirdisə, Ağdərə, Xankəndi, Xocalıda müxtəlif karxanalarda, mədənlərdə əsir, girov düşmüş azərbaycanlılar, onların övladlarının qul kimi işlədilməsi şübhə doğurmur.

Məhz buna görə Azərbaycan Dövlət qurumlarının nümayəndələri monitorinq keçirmək üçün həmin mədənlərə buraxılmır.

Modern.az