Ağdərədəki qəzada azərbaycanlı olub?backend

Ağdərədəki qəzada azərbaycanlı olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdərə ərazisində yük avtomobili və taksinin iştirakı ilə qəza qeydə alınıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, qəza yol dar olduğuna görə baş verib, azərbaycanlının idarə etdiyi yük maşını erməninin idarə etdiyi taksini dərəyə göndərib.

Qondarma ölkənin dövlət naziri Artak Beqlaryan hadisəni qəsdən törədilmiş cinayət adlandırıb. Onun sözlərinə görə, taksidə kəndlərdə uşaqlara dərs deyən Tumo mərkəzinin işçiləri olublar.

Öz növbəsində “ölkənin” DİN mətbuat katibi Unan Tadevosyan bildirib ki, onlar qəzanı qeydə alıblar: “Bu yerdə yol dardır və arxadan zərbə nəticəsində avtomobil dərəyə yuvarlanıb. Dəyən ziyanın ödənilməsi və digər məsələlər Rusiya sülhməramlılarının üzərinə düşür, çünki onlar bu yolda Azərbaycan kolonunun keçidini müşayiət edirlər”.

İlkin məlumata görə, taksidə olan sərnişinlər xəsarət almayıblar. Onlar özləri bu barədə sosial şəbəkələrdə yazaraq, sürücünün peşəkarlığını qeyd ediblər.

Qeyd edək ki, erməni mediası yük avtomobilinin sükanı arxasında azərbaycanlının olduğuna dair iddia irəli sürsə də, bununla bağlı hər hansı tutarlı fakt ortaya qoymayıb.