Dövlət Turizm Agentliyi yeni tender elan edib.
NOCOMMENT.az xəbər verir ki, tender 19-21 fevral 2025-ci il tarixlərində Hindistanın Yeni Dehli şəhərində keçiriləcək “SATTE 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 226 min 586 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 2025-ci il 6 yanvardır.\\Valyuta.az