Agentlik Tahir Əmiraslanovun vəzifədən azad edilməsinə aydınlıq gətirdibackend

Agentlik Tahir Əmiraslanovun vəzifədən azad edilməsinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmasına aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, agentliyin sədr müavini Azadə Hüseynova oxu.az-a açıqlamasında bildirib ki, kadr dəyişikliyi ilə bağlı fikirlər müxtəlifdir: “Tahir Əmiraslanov Azərbaycan kulinariyası üçün əməyi keçən kadrlardan biridir. Bu gün və bundan əvvəl də ölkə kulinariyasına töhfəsini verən hər bir şəxslə işləməyə hazırıq. Bu istiqamətdə işlərimizi davam etdiririk.

Orxan Fikrətoğlunun təyinatına gəlincə, bizim üçün önəmli – Azərbaycan turizminin dünyada lazımi səviyyədə təbliğ olunmasıdır. Çünki istənilən sahənin inkişafında təbliğatın böyük rolu var. Fikrimcə, Orxan Fikrətoğlunun da bu sahədə kifayət qədər təcrübəsi var və bizə dəstəyini göstərəcək. Artıq onun gördüyü işlər göz qabağındadır. Bu sahədə olan digər mütəxəssislərə də qapımız hər zaman açıqdır”.

“Bu gün də T.Əmiraslanovla əməkdaşlığı davam etdiririk. Çünki o, bu sahədə ekspertdir. Nəinki Tahir Əmiraslanovla, eləcə də xarici ekspertlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətimiz davam etdiriləcək”, – deyə o qeyd edib.