Agentlik: Türkiyəyə gedənlər, təşvişə düşməyin!backend

Agentlik: Türkiyəyə gedənlər, təşvişə düşməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 6 ayda Azərbaycandan xarici ölkələrə səyahət edən turistlərin ümumi sayı 297 min nəfərdir. Bu isə pandemiyadan əvvəlki dövrdə 1 ay ərzindəki səyahət sayına bərabərdir. 6 ayda xaricə üz tutanların 118 mini Türkiyəyə gedənlərdir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, barədə xarici turlar üzrə mütəxəssis Elnarə Fərzəliyeva danışıb.

“Tursitlərin Türkiyəyə üz tutma səbəbi burada karantin qaydalarının digər ölkələrə nisbətən rahat olmasındadır. İkinci ən çox turist axını Dubaya, üçüncü Misirədir. Burada da karantin şərtləri digər yerlərə nisbətən turistlər üçün əlverişlidir”, – deyə mütəxəssis bildirib.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə bildirib ki, son günlər Türkiyədə baş verən yanğınlarla əlaqədar turistlərin gedişində bir sıra problemlər yaranıb: “Bir sıra vətəndaşlarımızın aldıqları paketlər Türkiyədəki yanğın olan bölgələrə aiddir. Onlar səfər etməkdən çəkinirlər. Bununla bağlı olaraq turizm şirkətləri ilə əlaqə saxlayırıq. Türkiyəyə səyahət edənlərin təşvişə düşməsinə heç bir əsas yoxdur. Agentlik və müxtəlif turizm şirkətləri müştərilərə təqdim etdikləri paketlərin vaxtını dəyişirlər. Bu günlərdə Türkiyəyə gedənlərlə müntəzəm şəkildə əlaqə qurmağa çalışırıq”.