Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı çağırış edibbackend

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya agentlikdən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qaynar xətt” xidmətinə (146-8) və ya [email protected] ünvanına məlumat verməkləri xahiş edilir.